Ukrayna nə qədər ərazisini azad edə bilib?

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar sosial media hesabında son bir həftədə ölkənin şərq və cənub cəbhələrində baş verənləri qiymətləndirib
Ukrayna nə qədər ərazisini azad edə bilib?

Ukrayna Rusiyanın hücumundan sonra ölkənin cənubunda azad edilən ərazinin 130 kvadrat kilometr olduğunu açıqladı.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna müdafiə nazirinin müavini Anna Malyar sosial media hesabında son bir həftədə ölkənin şərq və cənub cəbhələrində baş verənləri qiymətləndirib: “Ukrayna ordusu son bir həftə ərzində həm müdafiə, həm də hücum əməliyyatı həyata keçirərək taktiki uğur qazanıb. Ruslar Liman, Baxmut, Avdiyivka və Marinka istiqamətlərinə hücumlar edir. Ağır toqquşmalar gedir. Ötən həftə bu istiqamətlərdə 250-yə yaxın toqquşma olub. Düşmən qoşunlarımızı mövqelərindən qovmağa çalışsa da, buna nail ola bilməyib.

Ukrayna ordusu ötən həftə sonu Orixovo-Vasilivka, Baxmut, Boqdanivka, Yagidne, Klişivka və Kurdyumkova yaxınlığında hücuma keçib. Hazırda qoşunlarımız mövqeləri möhkəmləndirir və düşməni məhv etməyə davam edir.

Son bir həftədə ölkənin cənub cəbhəsində ciddi dəyişiklik olmasa da, Ukrayna əsgərləri Melitopol və Berdyanska hücum istiqamətindədir.

Son bir həftə ərzində işğaldan azad edilmiş ərazilərin sahəsi 17 kvadratkilometrə çatıb. Rusiyanın hücumu başlayandan cənubda qurtarılan ərazi 130 kvadrat kilometr olub”.

Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanı işğal etmək əmrini verdi və bununla da Rusiya-Ukrayna müharibəsi başladı. Hücumun məqsədi Ukraynanın NATO üzvlüyünün qarşısını almaq və onu Rusiyanın təsir dairəsində saxlamaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə