Almaniya Ukrayna üçün F-16 qırıcı koalisiyasına qoşulmur

Almaniya Ukrayna üçün F-16 qırıcı koalisiyasına qoşulmur

Almaniya Ukrayna üçün F-16 qırıcı koalisiyasına qoşulmur. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlama verib.

“F-16 qırıcı təyyarələrimiz olmadığı üçün koalisiyada deyilik”, - deyə nazir bildirib.

Qeyd edək ki, Niderland və Danimarka başda olmaqla bəzi ölkələr may ayında NATO-da geniş istifadə olunan ABŞ istehsalı F-16 döyüş təyyarələri üçün ukraynalı pilotların hazırlanması ilə bağlı razılığa gəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə