Almaniya Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq edərək, hava hücumundan müdafiəni gücləndirmək üçün ilin sonuna qədər Ukraynaya daha 45 ədəd “Gepard” özüyeriyən zenit qurğusunu təhvil vermək niyyətindədir. SİA xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi yanında Ukrayna üzrə Situasiya Mərkəzinin rəhbəri, briqada generalı Kristian Freydinq deyib.
Onun sözlərinə görə, hazırda Almaniya 34 “Gepard” qurğusunu Ukraynaya göndərib, daha 15-i yaxın həftələrdə təhvil veriləcək. Bundesverin briqada generalı Ukrayna ordusunun hazırkı əks-hücumunda hava hücumundan müdafiəni əsas zəif nöqtə hesab etdiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB