Zelenski Baydenlə əks-hücumu və Rusiyadakı “çevrilişi” müzakirə edib

Zelenski Baydenlə əks-hücumu və Rusiyadakı “çevrilişi” müzakirə edib

İyunun 25-i axşam saatlarında Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Söhbət zamanı digər məsələlərlə yanaşı, Rusiyadakı üsyandan da danışılıb.

Zelenski sosial şəbəkələrdə elan etdiyi kimi, o, Bayden ilə uzun mənzilli silahlara vurğu edərək müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsini müzakirə edib.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna lideri həmçinin Amerika rəhbərinə ölkəsini “Patriot”la təmin etdiyinə və döyüşçülər koalisiyasını dəstəklədiyinə görə təşəkkür edib.

“Biz NATO-nun Vilnüs sammiti ərəfəsində mövqelərimizi razılaşdırdıq, Ukrayna sülh formulasının həyata keçirilməsi üzrə işin davam etdirilməsi və qlobal sülh sammitinə hazırlığı müzakirə etdik”.

Qeyd edək ki, Zelenski bunu Teleqram səhifəsində qeyd edib.

Onu da qeyd edək ki, söhbətlə bağlı Ağ Evin mətbuat xidməti də rəsmi məlumat yayımlayıb. Məlumatda deyilir ki, ABŞ prezidenti Cozef Bayden bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb. Liderlər Ukraynanın davam edən əks-hücum əməliyyatını müzakirə ediblər və prezident Bayden ABŞ-ın təhlükəsizlik, iqtisadi və humanitar yardımlar da daxil olmaqla, sarsılmaz dəstəyini bir daha təsdiqləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə