Priqojin Belarusdadır deyə, Polşa bu ölkə ilə sərhədi gücləndirir

Priqojin Belarusdadır deyə, Polşa bu ölkə ilə sərhədi gücləndirir

Polşada Yevgeni Priqojinin və onun döyüşçülərinin Belarusa keçidi ilə bağlı xəbərlərdən sonra sərhədi gücləndirmək qərarına gəliblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

bu barədə Polşanın baş naziri Mateuş Moravetski Facebook-da yazıb.

Baş nazirin sözlərinə görə, o, Belarusla sərhəddə divarda növbətçilik edən əsgərlərlə danışıqlar aparıb.

“Dünən biz bu 206 kilometrlik maneənin nə qədər vacib olduğunu bir daha gördük”, - Bunu Moravetski yazıb.

Xatırladaq ki, iyunun 23-də “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin rus hərbçilərini şirkətin arxa düşərgələrinə hücum etməkdə ittiham edib və güc tətbiq edəcəyini və PMC döyüşçülərinin yolunu kəsən hər kəsi məhv edəcəyini bildirmişdi.

Polşalə nazirin dediyinə görə, guya hazırda Priqojinə qarşı silahlı üsyan təşkil etmə faktı üzrə cinayət işi başlanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə