“Bu il oyunun qaydaları dəyişəcək”

Reznikov Ukraynanın Rusiya ilə müharibədə nə vaxt qalib gələcəyinə aydınlıq gətirib
“Bu il oyunun qaydaları dəyişəcək”

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ruslarla müharibədə qarşıdan gələn qələbəni hiss etdiyini bildirib və “oyun qaydaları”nda dəyişiklik edilməsinə eyham vurub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə,

bu barədə o, jurnalist Saymon Ouenin “FoxNews”a müsahibəsi zamanı danışıb.

“Mən hiss edirəm ki, biz bu müharibədə qalib gələcəyik, çünki biz ölkəmiz üçün vuruşuruq”, - deyə Reznikov bildirib.

Mümkün vaxtla bağlı əks açıqlamaya Reznikov qeyd etdi ki, “bu il oyunun qaydaları dəyişəcək”. O hesab edir ki, bəlkə də bu “çirkin” müharibəyə son qoymaq üçün müəyyən bir yol açılacaq.

Reznikovun sözlərinə görə, bu, Ukraynanın əsas ideyasıdır: “Biz müharibəyə son verməliyik”. Reznikov deyib bunu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə