Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Türkmənistanda Türk Dövlətləri Mədəniyyət Həftəsi başladı. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Paytaxt Aşqabaddakı “Mahtumkulu” Türkmənistan Milli Musiqili Dram Teatrında keçirilən tədbirdə Türkmənistan Nazirlər Şurası sədrinin müavini Mehricəmal Məmmədova, TÜRKSOY-un baş katibi Sultan Raev, Türkiyənin Türkmənistandakı səfiri Toqan Oral və bir çox türk dövlətləri mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
M.Məmmədova tədbirin açılışında ölkə prezidenti Sərdar Berdiməhəmmədovun təbrikini oxuyub.
S.Berdiməhəmmədov məktubunda Türkmənistan və TÜRKSOY arasında mədəni əməkdaşlığın inkişafı üçün genişmiqyaslı araşdırmaların aparıldığını bildirərək deyib: “2024-cü il Mahtumkulu Firaki İlidir. Türkmənistanın Anev şəhəri TÜRKSOY Daimi Şurasının qərarı ilə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Bundan sonra da TÜRKSOY-a üzv ölkələrlə beynəlxalq mədəni əlaqələrə böyük əhəmiyyət verəcəyik.
TÜRKSOY-un 30-cu ildönümü münasibətilə təşkil edilən Türk Dövlətləri Mədəniyyət Həftəsinin Türkmən (Aşqabad) Mədəniyyət Həftəsi ilə birlikdə keçirilməsi təqdirəlayiqdir”.
Açılış tədbiri türk dövlətləri sənətçilərinin ifa etdikləri mahnı və rəqslərlə davam edib.
Qeyd edək ki, sərgi, konsert və muzey kimi müxtəlif mədəniyyət tədbirlərindən ibarət olan Türk Dövlətləri Mədəniyyət Həftəsi iyunun 29-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB