“Bu, Rusiyanın daxili işidir”

“Bu, Rusiyanın daxili işidir”

İsveçin baş naziri Ulf Kristersson 24 iyun hadisələrini Rusiyanın daxili işi adlandırıb və Ukraynaya gələcək dəstəyin dəyişməsini qiymətləndirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri SVT telekanalı yayıb.

Rusiyadakı vəziyyət Rusiyanın daxili işidir-deyən Kristersson əmin edib ki, İsveç hökuməti hadisələri diqqətlə izləyir və beynəlxalq tərəfdaşlarla sıx əlaqələr saxlayır.

Baş nazirin sözlərinə görə, Rusiyada baş verənlər Kiyevin Qərb və digər ölkələr tərəfindən dəstəyinə təsir etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə