Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bəyanat yayaraq, Gürcüstanın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi gündən Qərbin beynəlxalq sanksiyalarına tam əməl etdiyini, həmçinin istənilən növ gömrüklərə ciddi nəzarət etdiyini bəyan edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə SOVA yazır.
Gürcüstanda qeydiyyatdan keçmiş şirkət tərəfindən həyata keçirilən istənilən gömrük əməliyyatı, mallar Rusiya və ya Belarusiyaya göndərilərkən xüsusi gömrük nəzarətindən keçirilir. Bütün mərhələlər və belə əməliyyatların təfərrüatları yoxlanılır.
Və sanksiya siyahısında məhsul və ya şirkət aşkar edilərsə, Gürcüstana əməliyyatı həyata keçirmək hüququ verilmir.
Gəlirlər Xidməti vurğulayır ki, bütün tərəfdaş idarələr və beynəlxalq təşkilatlar Rusiya Federasiyasına qarşı sanksiyalara riayət olunması ilə bağlı nəzarət prosedurları barədə məlumatlandırılır.
...Malların mənşə sertifikatının verilməsi halları da əlavə olaraq yenidən yoxlanılır ki, Gürcüstan ərazisindən müəyyən edilmiş sanksiyalardan yayınmamaq üçün istifadə olunmasın. Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bir daha hər kəsi ölkədə mallara nəzarətin aparılması ilə bağlı əsassız və zərərli məlumatların yayılmasından çəkinməyə çağırır.
Qeyd edək ki, bu nazirliyin məlumatında bildirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB