“Vaqner” muzdlularının Vladimir Putinin hakimiyyətinə görünməmiş meydan oxumasından sonra yaranan xaos hələ bitməyib və qeyri-sabitlik kifayət qədər uzun müddət davam edə bilər. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikri ABŞ dövlət katibi Entoni Blinken deyib.
Bir sıra televiziya müsahibələrində Blinken, Rusiyadakı 23-24 iyunda Yevgeni Priqojinin başçılıq etdiyi üsyana səbəb olan gərginliyin uzun müddət davam edəcəyini bildirib.
“Düşünürəm ki, biz Rusiyanın fasadında daha çox çatlar gördük. Putinin qarşıdakı həftələrdə və aylarda həll etməli olacağı çoxlu mühüm və yeni məsələlər var”.
Qeyd edək ki, amerikalı dövlət katibi bunu “NBC News”-a bildirib.
Blinken, hazırkı iğtişaşların Moskvanın Ukraynadakı imkanlarına da təsirsiz ötüşməyəcəyini bildirib.
“Bizim diqqətimiz davamlı olaraq Ukraynaya yönəlib, onun özünü müdafiə etmək və əraziləri geri almaq üçün lazım olan hər şeyə malik olduğundan əmin olmaqdır”.
Blinken deyib bunu.
Amerika diplomatiyasının rəhbəri “ABC News”-a müsahibəsində Kremlin problemlərinin böyük ehtimalla Kiyevə özünü təcavüzdən qorumağa kömək edəcəyi barədə də fikir bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB