Rusiya prezidenti Vladimir Putin iş qrafikində xüsusi hərbi əməliyyat mövzusunun əsas yer tutmasından danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, Rusiya lideri bu barədə bazar günü, iyunun 25-də Moskvada jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Putinin sözlərinə görə, onun iş günü xüsusi hərbi əməliyyat ilə bağlı məsələlərlə başlayır və bitir.
“Əlbəttə, mən üstünlük verirəm. Gün bununla başlayır və bununla da bitir”, - deyən Putin, əlavə edib ki, görüşlər, konfranslar və telefon danışıqları buna həsr olunur.
Rusiya prezidenti vurğulayıb ki, bundan başqa, o, hərbi sənaye kompleksi müəssisələrinin rəhbərliyi və ondan istifadə edənlərlə daim silah istehsalı məsələlərini müzakirə edir.
“Biz onların effektivliyindən danışırıq, harada və daha nə üzərində işləmək lazım olduğundan, harada və nəyin çatışmadığından danışırıq”, -deyə Rusiya lideri bildirib.
Eyni zamanda Putin vurğulayıb ki, müdafiə sektorunda istehsalın artırılması tibb, tikinti və təhsil sahələrində vətəndaşların sosial öhdəliklərinə xələl gətirməməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB