Priqojinlə hələlik normal ünsiyyət yoxdur, bunu onun mətbuat xidməti bildirib
Priqojin haradadır?

İki gün əvvəl Rusiyada hərbi iğtişaşlara rəhbərlik etmiş “Vaqner” PMC şirkətinin təsisçisi Yevgeni Priqojin hələlik jurnalistlərin sorğularına cavab verə bilmir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu iş adamının mətbuat xidmətindən “RTVI”-nın əməkdaşına bildirilib.

Maraqlıdır ki, Priqojinin mətbuat xidməti telekanalın jurnalistinin sorğusuna cavab olaraq “hər kəsə salamlarını çatdırır və normal ünsiyyətdə olanda sualları cavablandıracaq” sözlərini yazıblar.

Qeyd edək ki, şənbə günü axşamdan bəri Priqojinin harada olduğu barədə dəqiq məlumat yoxdur. Bir müddət bundan əvvəl “Vaqner” PMC-nin qurucusunun Rostov-na-Donu avtomobilində tərk etdiyi bir video yayımlanmışdı.

Yevgeni Priqojinin mətbuat xidmətinin teleqram kanalında sonuncu audiomüraciəti də iyunun 24-də axşam dərc olunub. Orada “Vaqner” təsisçisi, döyüşçülərinin öz kolonnalarını “yerləşdirib” və “plana uyğun olaraq əks istiqamətdə səhra düşərgələrinə” qayıtdıqlarını deyir.

Kremlin sözçüsü Dmitri Peskov şənbə günü günortadan sonra Rusiyada Priqojinə qarşı ittihamların ləğv ediləcəyini və o, Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə üsyançılarla razılaşaraq Belarusa gedəcəyini bildirmişdi.

Bu arada Priqojinin istefasını tələb etdiyi Rusiyanın müdafiə naziri Sergey Şoyqu son hadisələri şərh etməyib. Prezident Vladimir Putin də Priqojin ilə müqavilələr barədə heç nə deməyib.

Bazar günü səhər yerli hakimiyyət orqanları “Vaqner” PMC-nin silahlı birləşmələrinin üsyan cəhdindən sonra Lipetsk və Voronej vilayətlərini tərk etdiyini bildiriblər. Muzdlu dəstələrin cənuba, ehtimal ki, düşərgələrinin yerləşdiyi Ukraynanın işğal olunmuş ərazilərinə göndərildiyi iddia edilir.

...Qeyd edək ki, bu da ehtimaldır. Amma hər halda maraqlıdır, görən, Priqojin haradadır?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə