Tehranda Avrasiya Ekspo 2023 sərgisi keçiriləcək

Tehranda Avrasiya Ekspo 2023 sərgisi keçiriləcək

Dekabrın əvvəlində İranın paytaxtında Avrasiya İqtisadi İttifaqı ölkələri şirkətlərinin iştirak edəcəyi beynəlxalq Avrasiya Ekspo 2023 sərgisi keçiriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu, İranın başa çatmaqda olan Avrasiya İqtisadi İttifaqı azad ticarət zonasına qoşulması ilə eyni vaxta təsadüf edəcək.

İranın “Mehr” xəbər agentliyi xəbər verir ki, sərgi dekabrın 4-dən 7-dək İranın bu iqtisadi assosiasiya ilə azad ticarət zonasına daxil olmasının bir hissəsi kimi keçiriləcək.

Sərginin inzibati meneceri Əlirza Cəfəri bildirib ki, bu, Tehrandakı Beynəlxalq Sərgidə keçiriləcək ikinci sərgidir.

Xatırladaq ki, İran yaxın bir-iki ay ərzində FTA sazişi imzalamağa ümid edir, Avrasiya İqtisadi İttifaqı və İran arasında müvəqqəti azad ticarət sazişi 2019-cu ilin oktyabrında qüvvəyə minib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə