Ukraynalı hərbi ekspert Aleksandr Kovalenkonun ehtimalına görə, guya bundan sonra Yevgeni Priqojinə öz ölümü ilə ölmək yazılmayıb.
Əslində bunu hərbi ekspertin iddiası kimi də qəbul etmək olar.
...Vaqneritlərin üsyanı qiyamlar tarixinə ən perspektivlilərdən biri kimi daxil olacaq, çünki Priqojin və onun quldur dəstəsi Moskvaya gedən yolda həqiqətən də müqavimət göstərilmədi...bəlkə də göstərə bilmədilər.
SİA-nın dünən də qeyd etdiyi kimi, vaqneritlər Moskva istiqamətində hərəkətdəykən özlərinin, yəni rusların 10-a yaxın helekopter və təyyarəsini vurdular.
Eyni zamanda həmişə, yuxarıdan danışan Kadırovun cəsur “tik-tok qoşunları” da Rostov ətrafına girməyə qorxaraq geri çəkildilər.
Kovalenkoya görə, bütün olanlara baxmayaraq, amma sonda Priqojin “təzyiq edə bilmədiyini”, Vladimir Putin isə öz zəifliyini və dəyərsizliyini, qorxusunu və nəzarətsizliyini göstərdi.
Yəni bununla bütün ruslar Putinin ölkədəki vəziyyətə nəzarət edə bilmədiyini gördülər –deyən ukraynalı ekspertin fikrincə, bu gün Rusiyanın alçaldılması göz qabağındadır.
“Keçən günün hadisələri yalnız baş verəcək hadisələrin başlanğıcıdır. Axı hamı Rusiyanın əslində nə olduğunu təkcə yad ölkədəki döyüş meydanında deyil, həm də öz ərazisində gördülər”. Bunun da Kovalenko deyir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB