Bolqarıstanda, Karnobat şəhəri yaxınlığında, bazar günü iş adamı Emelyan Gebrevin şirkətinə məxsus silah anbarı yanıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Azadlıq” radiosunun Bolqarıstan xidməti yayıb.
Təbii ki, hər hansı bir hadisədən kimsə sığortalanmayıb. Amma məsələ bundadır ki, bu, son bir ildə həmən anbarda baş verən ikinci böyük insidentdir.
Belə ki, 31 iyul 2022-ci ildə Gebrevin şirkətinə məxsus silah anbarında sursat partlaması baş verdi. Qeyd edək ki, istintaq onun səbəblərini hələ də müəyyən etməyib.
Yeri gəlmişkən, son yanğın bazar günü gecə naməlum səbəblərdən baş verib. Bolqarıstanlı iş adamı, anbarda saxlanılan materialların öz-özünə alov ala bilməsinə şübhə edir.
Amma buna baxmayaraq, o, hələ ki, yandırma versiyasını birbaşa irəli sürməyib.
Maraqlıdır ki, 2022-ci il iyulun 31-də baş verən partlayışlarla bağlı Gebrev açıq şəkildə rus barmağı olduğunu iddia edir. Hətta o buna “100 faiz əminlik”dirir. bi
O da maraqlıdır ki, bəzi iddialara baxmayaraq, anbardakı sursatlardan Ukraynaya göndərilib-götürülmədiyi hələ də dəqiq bilinmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB