Artemovskda Ukrayna Silahlı Qüvvələrinin 10 hücumu dəf edilib...

Artemovskda Ukrayna Silahlı Qüvvələrinin 10 hücumu dəf edilib...

Rusiya Silahlı Qüvvələri Artemovsk bölgəsində Ukrayna Silahlı Qüvvələrinin 10 hücumunu dəf edib. Bu barədə bazar günü, iyunun 25-də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

O qeyd edib ki, gün ərzində Ukrayna Silahlı Qüvvələri Donetsk, Krasnolimansk, Yujno-Donetsk və Zaporojye istiqamətlərində irəliləyiblər.

SİA Konaşenkova istinadən rusların Donetsk Xalq Respublikasının Orexovo-Vasilevka, Kurdyumovka, Yaqodnoye, Zaliznyanskoye və Dubovo-Vasilevka yaşayış məntəqələri ərazilərində hücumlar dəf etdiklərini bildirib.

“Artemovsk şəhəri yaxınlığındakı Donetsk istiqamətində Cənub Qüvvələr Qrupunun müdafiə bölmələrinin səriştəli və cəsarətli hərəkətləri bir gündə düşmənin 10 hücumunu uğurla dəf edib”, - deyə rusiyalı hərbi mütəxəssis bildirib.

Qeyd edək ki, rus saytları iyunun əvvəlində Rusiya hərbçilərinin YujnoDonetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin əllidən çox döyüşçüsü və yeddi zirehli döyüş maşınının məhv edildiyi bildirilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə