“Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin Belarusa getdikdən sonra da Kiyev üçün təhlükə olaraq qala bilər.
SİA-nın belarus saytlarından əldə etdiyi məlumata görə, bunu Britaniya Baş Qərargahının keçmiş rəhbəri Riçard Dannat bazar günü, iyunun 25-də “Sky News” telekanalında bildirib.
Dannatın dediyinə görə, Priqojinin Belarusa getməsi bəzi narahatlıqlar doğurur.
Qeyd edək ki, bu gün Yevgeni Priqojin ətrafında döyüşə hazır qüvvələr saxlayıb və bu o deməkdir ki, o, Kiyevə daha yaxın olan Ukrayna cinahı üçün təhlükədir.
Dannat hesab edir ki, Belarus ərazisindən "Vaqner" PMC Rusiya tərəfindən Ukraynaya qarşı yeni təcavüzkar hərəkətlər üçün alət kimi istifadə edilə bilər.
Onu da qeyd edək ki, ABŞ hakimiyyəti “Vaqner” PMC-lərə qarşı yeni sanksiyaların tətbiqini təxirə salacağını bəyan edib. ABŞ-da yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqinin gecikdirilməsi Rusiyadakı vəziyyətin tərəflərindən biri ilə həmrəylik təəssüratı yaratmamaq üçün atılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB