“Rusiyanın imicinə ciddi ziyan dəydi” - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiyanın imicinə ciddi ziyan dəydi” - POLİTOLOQ ŞƏRH ETDİ

“Rusiyada baş verən qiyamda maraqlı tərəf ABŞ və Qərbdir. Çünki Rusiya ancaq daxildən çökdürülə bilər. Buna görə də Proqojinin başçılığı ilə bunu etdilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, dünən Belarusiya prezidenti ilə baş tutan danışıqlardan sonra Priqojin razılıq verib: “Artıq geri çəkildi. Bu siyasət insanı deyil, həbsdə yatıb. Belə bir şəxsin yalnız iqtisadi maraqları var. Təbii ki, onun iqtisadi maraqları təmin olunacaq. Lakin geri çəkilmələrinə baxmayaraq, baş verənlər Rusiyanın imicinə ciddi ziyan vurdu. Bu proses həm də istənilən zaman Rusiya hərbçilərin ayağa qalxacağı və hakimiyyəti ələ ala biləcəyi fikrini formalaşdırdı. Putin seçim etməlidir, ya yanındakı qeyri-ciddi insanları uzaqlaşdırmalı, ya da Priqojinin tələblərini icra etməlidir. Putinin üçüncü bir çıxış yolu yoxdur. ABŞ etdikləri ilə iformasiya müharibəsinə keçmək istədi. Bu qismən də alındı, lakin sonradan bunun Rusiyanın sonunu gətirəcəyini başa düşdü. Buna görə də qiyamlar dayandırıldı. Lakin istənilən halda Rusiyanın imicinə ziddi zərər dəydi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə