ABŞ Priqojinin üsyan edəcəyindən xəbərdar olub

ABŞ Priqojinin üsyan edəcəyindən xəbərdar olub

Priqojinin üsyanı Kremli qəfil yaxalasa da, ABŞ-ın casus agentlikləri onun hərəkətə keçməyi planlaşdırdığından dair şübhələnirdilər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat artıq bu həftənin əvvəlində ABŞ prezidenti Baydenə və əsas konqres liderlərinə verilmişdi.

CNN kanalının məlumatına görə, ABŞ kəşfiyyatı muzdlu qruplaşmanın liderinin Rusiya ilə sərhədə yaxın ərazidə silah, sursat və digər texnika yığdığını aşkar edib.

“The New York Times” yazır ki, prezident Bayden Fransa, Almaniya və Britaniya liderləri ilə Putinin Rusiyanın böyük nüvə silahı arsenalına nəzarətinin xaos fonunda sürüşə biləcəyindən narahat olduğu üçün danışıb.
Qəzet yazır ki, ABŞ kəşfiyyat liderləri aylardır Priqojinlə Rusiya müdafiə rəsmiləri arasında pisləşən münasibətləri izləyiblər və kəşfiyyat bunun Ukraynadakı müharibənin həm Vaqner, həm də nizami hərbçilər üçün pis getdiyinə işarə olduğuna dair qənaətə gəlib.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə