Ukrayna ordusu bir neçə istiqamətdə hücuma keçib

Ukrayna ordusu bir neçə istiqamətdə hücuma keçib

Ukraynanın şərqindəki silahlı qüvvələri eyni vaxtda bir neçə istiqamətdə hücuma keçib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

O, bildirib ki, Orexovo-Vasilovka, Baxmut, Boqdanovka, Kurdyumovka istiqamətində müəyyən uğurlar var.

“Hücumun bütün istiqamətlərində ağır döyüşlər davam edir. Müdafiədə olan düşmən bizim hücumumuzu dayandırmaq üçün çoxlu səylər göstərir”, - Malyar bildirib.

Eyni zamanda, o qeyd edib ki, Rusiya ordusu xeyli canlı qüvvə, silah və texnika itkisi verir.

Bütün xəbərlər Facebook səhifəmizdə