Paşinyan hərbi qiyamdan sonra Putinə zəng edib

Paşinyan hərbi qiyamdan sonra Putinə zəng edib

Ermənistanın baş naziri Nikol Paşinyan axşam saatlarında – “Vaqner” PMC hərbi qiyam cəhdi ətrafında gərginliyin azaldılmasından sonra Rusiya prezidenti Vladimir Putinə zəng edib. O, Rusiyanı “dost ölkə” adlandırıb və hadisənin Rusiya Federasiyasının daxili işi olduğunu bəyan edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, baş nazir Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin arasında hərbi qiyamın ləğvi ilə bağlı razılıq əldə olunması xəbərindən az sonra Rusiya lideri Vladimir Putinə zəng edib.

Eyni zamanda Nikol Paşinyan Ermənistan hakimiyyəti üçün bu hadisənin sırf Rusiyanın daxili işi olduğuna diqqət çəkib. Buna baxmayaraq, o, Vladimir Putindən baş verənlər barədə danışmasını istəyib.

...Vladimir Putin bu gün Rusiyanın cənubunda baş verənlər barədə Paşinyana məlumat verib, lakin Nikol Paşinyanın diqqətinə konkret hansı detalların çatdırıldığını dəqiqləşdirməyib.

Qeyd edək ki, bunu erməni hökumətinin mətbuat xidməti bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə