Kreml Putinin Şoyquya etimadı ilə bağlı sualı cavablandırıb

Kreml Putinin Şoyquya etimadı ilə bağlı sualı cavablandırıb

Prezidentin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin müdafiə naziri Sergey Şoyquya etimadı ilə bağlı hər hansı dəyişiklikdən xəbərsiz olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.

Peskovun dediyinə görə, Rusiya Federasiyasının Müdafiə Nazirliyində hər hansı bir kadr dəyişiklikləri məhz prezidentin səlahiyyətindədir

Mətbuat katibinin fikrincə, Belarusun rəhbəri Aleksandr Lukaşenko ilə “Vaqner” PMC şirkətinin təsisçisi Yevgeni Priqojin arasında özəl hərbi şirkətin döyüşçüləri tərəfindən törədilmiş üsyanı həll etmək üçün təmaslar zamanı çətin ki, bu məsələ müzakirə oluna.

Gərək ki, SİA bununla bağlı bayaq da qeyd edtmişdi: Priqojin üsyanın başlandığını iyunun 23-də axşam elan etdikdən sonra Şoyqu heç bir açıqlama verməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə