...Biz artıq Rusiyada uzunmüddətli siyasi böhranın başlanğıcının şahidi oluruq.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu politoloq Vladimir Fesenko “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin silahlılarının Moskvaya girməyəcəyi ilə bağlı vədini şərh edərkən deyib.
Beləliklə, ukraynalı politoloqa görə, bunlar hələ ki, tələsməyə ehtiyac olmayan müqavilələrdir. Bu gün Priqojin döyüşçülərinin Moskvaya girə bilməsi və ya Rostovda qalıb qalmayacağı sualı açıq olaraq qalır.
Əslində, Fesenkoya görə, heç nə qərarlaşdırılmayıb, hər şey bu axşam və ya sabah həll olunacaq.
Politoloq hələlik Priqojin və ya Putin rejimi üçün işləyəcək həlledici dəyişiklikləri görmədiyini deyir. Bununla yanaşı, Fesenko, Rusiyada baş verən hadisələrin dövlət çevrilişi deyil, üsyan - yeni başlayan məntiqsiz və amansız rus üsyanı olduğunu bildirir.
...Bu, çaşqınlığın başlanğıcıdır.
Və məhz bu çaşqınlıqla da Rusiyada qarışıqlığ başlaya bilər.
Amma, əminliklə bunun artıq Rusiyada uzunmüddətli siyasi böhranın başlanğıcı olduğunu söyləmək olar.
Maraqlıdır ki, bunları “ehtimal edən” Fesenkonun sözlərinə görə, bəlkə də müəyyən şərti sabitləşmə də ola bilər, amma belə mexanizmlər işə salınıb ki, onlar fəaliyyətini davam etdirəcək.
...Putinin Ukraynaya qarşı başlatdığı müharibə virusu indi Rusiyaya qayıdıb.
Fesenkoya görə, Rusiyada formal olaraq artıq vətəndaş müharibəsinə start verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB