Beləliklə, Lukaşenkonun mətbuat xidmətinin bildirdiyinə görə, Priqojin ilə Belarus rəhbəri arasında olan danışıqlar nəticəsində tərəflər Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəliblər və Priqojin Lukaşenkonun Vaqnerin silahlı şəxslərinin hərəkətini dayandırmaq haqqında təklifini qəbul edib.
Təbii ki, bunlar məlum.
Məsələ bundadır ki, Rusiya hakimiyyətinin rəsmi nümayəndələri də hələlik nə Priqojinin mesajını, nə də Lukaşenkonun mətbuat xidmətinin məlumatını şərh etməyiblər. Bundan əlavə, Priqojin özü də Lukaşenko ilə danışıqlardan və hər hansı razılaşmalardan hələ ki, bəhs etməyib.
Yenə də beləliklə, Priqojin “dönüş” elan etdikdən sonra Lukaşenko Putinə zəng edib və “Vaqner” PMC rəhbərliyi ilə danışıqların nəticələri haqqında hesabat verib.
Və Rusiya Prezidenti də görülən işlərə görə belaruslu həmkarını dəstəkləyib və ona böyük təşəkkürünü bildirib.
Amma elə SİA üçün də “maraqlı görünən”, yəni Priqojinin irəli sürdüyü əsas tələb istefası olan müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov hələlik baş verənlərə münasibət bildirməyiblər.
Yəni deyirsiniz,.. artıq xətər sovuşdu?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB