"Biz quldurların nüvə silahına sahib olmasına icazə verməyəcəyik"

"Biz quldurların nüvə silahına sahib olmasına icazə verməyəcəyik"

Rusiya hakimiyyəti nüvə silahının quldurlar tərəfindən ələ keçirilib idarə olunmasına icazə verməyəcək.

SİA TASS-a istinadən xəbər verir ki, bu bəyanatla iyunun 24-də Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev çıxış edib.

Dmitri Medvedevin fikrincə, əgər Rusiyanın nüvə arsenalı “quldurların nəzarəti altındadırsa”, o zaman bütün dünya məhv olmaq ərəfəsində olacaq.

“Biz ən böyük nüvə dövlətində dövlət çevrilişinin nəticələrini başa düşürük… Belə bir böhran, təbii ki, bir ölkənin çərçivəsi ilə məhdudlaşmayacaq. Dünya məhv olmaq həddinə gətiriləcək. İşlərin belə getməsinə imkan verməyəcəyik. Nə qədər çılğın cinayətkarlar və onların pərəstişkarları bunu istəsələr belə”, - deyə Təhlükəsizlik Şurasının sədr müavini bildirib.

Xatırladaq ki, bundan əvvəl Dmitri Medvedev “Vaqner” PMC-nin silahlı üsyanını planlı əməliyyat adlandırmışdı. Medvedevə görə, onun əsas məqsədi Rusiyada hakimiyyəti ələ keçirməkdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə