Şənbə günü Ukrayna hərbçiləri Donetsk vilayətində eyni anda bir neçə istiqamətdə hücuma keçib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.
Onun sözlərinə görə, Orexovo-Vasilyevka, Baxmut, Boqdanovka, Yaqodnoye, Kleşçeevka, Kurdyumovka istiqamətində hücum gedir. Təbii ki, burada əsas istiqamət Baxmutdur.
Qeyd edək ki, nazir müavi bütün istiqamətlərdə irəliləyişin olduğunu bildirib.
Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi hələ ki, Malyarın mesajını şərh etməyib. Əslində aktiv döyüş əməliyyatları şəraitində tərəflərin iddialarını yoxlamaq mümkün də deyil.
Malyarın sözlərinə görə, Ukrayna qoşunlarının da irəlilədiyi cənub istiqamətində də döyüşlər gedir.
Onu da qeyd edək ki, Baxmut yaxınlığında hücumun başlamasının Rusiyada “Vaqner” PMC muzdlularının silahlı üsyan cəhdinin baş verməsi ilə bağlı olub-olmaması Ukrayna müdafiə nazirinin müavininin mesajında qeyd edilmir.
...Və yeri gəlmişkən Ukrayna prezidenti Vladimir Zelenski axşam videomüraciətində ruslara Vaqnerin çıxışına istinad edərək rusca müraciət edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB