"Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun təklifini qəbul edərək silahlı dəstələrinin hərəkətini dayandırıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə A.Lukaşenkonun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Belarus Prezidentinin Y.Priqojin ilə danışıqları gün ərzində davam edib. “Nəticədə Rusiya ərazisində qanlı qırğının baş verməsi yolverilməz sayılıb”, - deyə bildirilir.
Y.Priqojin “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətinin dayandırılması və gərginliyin aradan qaldılmasına dair gələcək addımların atılması təklifi ilə razılaşıb.
“Hazırda masa üzərində vəziyyətin nizamlanmasının tam sərfəli, “Vaqner” şirkətinin döyüşçülərinin təhlükəsizliyinə təminat verən variant var”, - deyə bildirilib.
Y.Priqojin dəstələrini geri çevirərək yenidən öz düşərgələrinə qaytardığını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB