Voronejdə rusların “Ka-52” helikopteri “Vaqner” tərəfindən vurulub?

Voronejdə rusların “Ka-52” helikopteri “Vaqner” tərəfindən vurulub?

Bu arada Voronej vilayətində Rusiya ordusuna məxsus “Ka-52” helikopterinin qalıqları tapılıb. “Verstka”nın məlumatına görə, helikopter Talovski rayonunda Komintern kəndi yaxınlığında qəzaya uğrayıb. Videonu nəşrin abunəçisi göndərib. Onun sözlərinə görə, xilasedicilər hadisə yerində iki ölü tapıblar.

SİA-nın əldə etdiyi məlumata görə, artıq bir sıra Telegram kanalları da vurulan helikopterin fotolarını dərc ediblər.

Bəzi ehtimallara görə, helikopter “Vaqner” PMC muzdluları tərəfindən vurula bilər.

Bundan əvvəl sosial şəbəkələrdə MANPADS-dən olduğu ehtimal edilən döyüş maşınına hücum videosu yayılıb. Bu döyüş maşınının vurulması, yoxluğu barədə əvvəllər məlumat verilməyib.

Yeri gəlmişkən daha əvvəl hərbi aviasiya haqqında yazan “Fighterbomber” teleqram kanalı iddia edir ki, ümumilikdə şənbə günü Rusiya ordusunun 6 helikopteri Vaqner muzdluları tərəfindən vurulub.

Deməli, 3 Mi-8mtpr, 1 Mi-8, 1 Ka-52 və 1 Mi- 35, həmçinin Il-18 təyyarəsinin də “Vaqner” tərəfindən vurulduğu iddia edilir.

Qeyd edək ki, Voronejdə başqa bir Ka-52-ni vurmaq cəhdinin videosu da yayımlanıb.

Naraqlıdır ki, rəsmi olaraq Rusiya Müdafiə Nazirliyi hərbi texnikanın itirilməsi və pilotların həlak olması barədə heç bir məlumat verməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə