"Fransa kimi böyük dövlətin başçısı bu cür davranışa yol verməməlidir"
Ukraynada xüsusi əməliyyat başlayandan Fransa beynəlxalq işlərdə bu prinsipi rəhbər tutdu: “Birincini fikirləşir, ikincini deyir, üçüncüyə əməl edirəm”.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İzvestiya” nəşrinə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçev deyib.
Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinin ona zəng edəcəyi təqdirdə dəstəyi qaldıracağını, lakin Rusiya liderinə zəng etmək üçün onun səbəbi olmadığını bəyan etmişdi.
“Parisin var qüvvəsi ilə can atdığı bu siyasət nə fövqəldövlətə, nə cavabdeh beynəlxalq vasitəçiyə xas deyil və Makronun bizim Prezidentə zəng etməyəcəyi barədə dediyi sözlər qeyri-ciddi davranışın növbəti nümunəsidir”, - deyə deputat bildirib.
Tolmaçev hesab edir ki, Fransa Prezidentinin bunu deməsinin səbəbləri aşkardır: onu Cənubi Afrika Respublikasında BRICS-in sammitinə çağırmadıqlarına görə mənasız inciklik.
“Heç bir ciddi siyasətçi, üstəlik, Fransa kimi böyük dövlətin başçısı bu cür davranışa yol verməməlidir. Görünür, Makron çoxvektorlu siyasət yürütməyə çalışır, lakin bu, onda o qədər də yaxşı alınmır. Əgər Paris beynəlxalq münasibətlərdə şəxsi statusunun artmasını həqiqətən də istəyirsə, o halda Vaşinqtondan komanda gözləməyə son qoymalı və öz maraqları barədə düşünməyə başlamalıdır”, - deyə Rusiya Dövlət Dumasının deputatı vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB