Moskva meri Sergey Sobyanin bazar ertəsi, iyunun 26-nı Rusiya paytaxtında qeyri-iş günü elan edib. O, bunun səbəbini şəhərdə elan edilmiş antiterror əməliyyatı rejimi şəraitində “risklərin minimuma endirilməsi” adlandırıb.
“Vəziyyət mürəkkəbdir”, - SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Sobyanin bunu Telegram kanalında yazıb.
...Hazırda döyüşçüləri Moskvaya doğru hərəkət edən “Vaqner” PMC-nin silahlı üsyanını xatırlatmayan Sobyanin, moskvalılara “mümkün qədər şəhər ətrafında səyahət etməkdən çəkinməyi” xahiş edib.
Antiterror əməliyyatının rejimi bir sıra məhdudiyyətlər, o cümlədən küçələrin bağlanması və nəqliyyat vasitələrinin yoxlanılması imkanlarını nəzərdə tutur.
Qeyd edək ki, bundan əvvəl Telegram kanallarında Moskvanın girişlərində, xüsusən də zirehli texnikanın olduğu Yasenevo rayonunda nəzarət-buraxılış məntəqələri təşkil edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının foto və videoları yayılıb.
Son təsdiqlənməmiş məlumatlara görə, “Vaqner” PMC muzdlularının kolonnaları indi Moskvadan təxminən 200 km aralıda, Tula vilayətində ola bilərlər.
Bu arada cənubdan Moskvaya gedən yolda Oka çayı üzərindəki körpünün bağlanması barədə məlumat verilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB