"Rusiyada yaşanan hər bir problem Kiyevin maraq dairəsindədir"

"Rusiyada yaşanan hər bir problem Kiyevin maraq dairəsindədir"

...Rusiyada yaranan istənilən problem Ukraynanın maraqlarına uyğundur.

SİA “Gazeta.ru”-a istinadən xəbər verir ki, bu bəyanatla iyunun 24-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxış edib.

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyada “Vaqner” PMC ilə bağlı baş verənləri şərh edib. Ukrayna diplomatiyasının rəhbərinin sözlərinə görə, düşmən arxasında baş verən istənilən qiyam və ya problem Kiyevin maraqlarına tam cavab verir.

“İstənilən qiyam, düşmən xəttinin arxasında yaranan hər hansı problem bizim maraqlarımıza uyğundur”, - Bunu Kuleba bildirib.

Amma bununla belə, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri gələcək üçün heç bir proqnoz verməyərək, hazırda Rusiyada baş verənlərin Ukrayna üçün mümkün nəticələri barədə danışmaq “çox spekulyativ” olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə