Rostov vilayətində ərzaq mağazaları açıqdır və nəqliyyat bəzi dəyişikliklərlə işləyir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yerli sakinlər bildiriblər.
Onlar “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin hərbi qiyam cəhdi fonunda regiondakı mövcud vəziyyəti təsvir ediblər.
Millerovo şəhər sakininin sözlərinə görə, hazırda küçələrdə hərbçi yoxdur, amma bir gün əvvəl kənddən maşınlar keçib. Sakin, dünən üç tankın sürətlə şəhərin içindən keçdiyini bildirib. Onun dediyinə görə, çoxları bunu adi hal kimi qəbul ediblər. Çünki Millerovo sərhəd şəhəridir və bu, elə də təəccüblü deyil.
...Rostov-na-Donudan olan digər həmsöhbət Olqa vəziyyətin bir qədər gərgin olduğunu deyib. Onun sözlərinə görə, mağazalarda məhsullar var, amma bazarda qiymətlər bir qədər qalxıb. Taksi sürücüləri də gediş haqqını artırıblar.
Olqanın sözlərinə görə, yerli hakimiyyət sakinlərə lazımsız yerə çölə çıxmamağı və uşaqları nəzarətsiz qoymamağı tövsiyə edir.
Qeyd edək ki, İyunun 24-də Rusiya prezidenti Vladimir Putin vətəndaşlara müraciət edib. O, silahlı qiyamın təşkilatçılarını satqın adlandırıb və onlara “qaçılmaz cəza” veriləcəyini vəd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB