Hərbi vəziyyəti pozanlar həbs ediləcəklər

Hərbi vəziyyəti pozanlar həbs ediləcəklər

Rusiya prezidenti Vladimir Putin hərbi vəziyyətin pozulmasına görə cərimə və ya 30 günə qədər inzibati həbs nəzərdə tutan federal qanunu imzalayıb.

Kremlin mətbuat xidməti xəbər verir ki, sənəd şənbə günü, iyunun 24-də rəsmi hüquqi informasiya portalında dərc olunub.

Yeni qanuna görə, Rusiyada hərbi vəziyyətin pozulması 1000 rubla qədər cərimə və ya 30 günə qədər inzibati həbslə nəticələnə bilər. Məmurlar üçün cərimə 2 min rubla qədər ola bilər. İkinci cəzanın qaydaları dəyişməz olaraq qalır.
Bundan əlavə, hərbi vəziyyətin pozulması nəqliyyat vasitəsindən istifadə edən şəxs tərəfindən törədildikdə, bu nəqliyyat vasitəsinin müsadirə edilməsi əlavə cəza ola bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu cür inzibati xətalar haqqında işlərə baxılması rayon məhkəmələrinin hakimləri tərəfindən həyata keçiriləcək.

Yeri gəlmişkən hazırda Rusiyada ölkənin yeni regionlarında - Donetsk və Luqansk Xalq Respublikalarında, Zaporojye və Xerson vilayətlərində hərbi vəziyyət tətbiq edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə