“Onların silahı yerə qoyub cəzadan yayınmaq şansları var”

“Onların silahı yerə qoyub cəzadan yayınmaq şansları var”

Bu arada rus Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsinin sədri Pavel Kraşeninnikov “Vaqner” PMC-nin nümayəndələrini təşkilat rəhbərliyinin başlatdığı silahlı üsyanda iştirakdan “tezliklə” imtina etməyə çağırıb.

SİA bu barədə TASS-a istinad edir.

...Əlbəttə ki, silahı yerə qoyub cəzadan yayınmaq şansları var. Mənə elə gəlir ki, bunu kifayət qədər tez etmək lazımdır.

Rusiyalı deputata görə, bu prezident Putin də bildirib.

Kraşeninnikova görə, “Vaqner” PMC-nin hərbçilərinin çoxlu iddiaları olsa da, hər halda onların keçmiş xidmətlərini nəzərə alaraq, döyüşçülərin cəzadan yayınmaq şansları var.

Xatırladaq ki, “Vaqner” PMC-nin lideri Yevgeni Priqojinə qarşı silahlı üsyana çağırış faktı ilə bağlı cinayət işi başlanıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 279-cu maddəsinə əsasən, "Silahlı üsyan" maddəsi ilə iştirak edən şəxslər 2 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Fırqi yoxdur, burada həm təşkilatçılar, həm də bu cür hərəkətlərə dəstək verənləri də cəza gözləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə