Peskov Putinin heç yana uçmadığını deyir...

Peskov Putinin heç yana uçmadığını deyir...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov şənbə günü, iyunun 24-də Vladimir Putinin heç yana uçmadığını, Kremldə işlədiyini bildirib.

SİA bu barədə “RİA Novosti”yə istinadən yazır.

Peskov jurnalistlərə açıqlamasında Prezidentin Kremldə işlədiyini deyib. Kremlin sözçüsü Rusiya liderinin təyyarəsinin Sankt-Peterburqa getmədiyini də bildirib.

Qeyd edək ki, artıq bir neçə Telegram kanalı Putinin guya Moskvanı tərk etdiyi barədə xəbərlər tirajlamağa başlayıblar. Peskov, Rusiya liderinin ölkənin başqa bölgələrindəki çoxsaylı iqamətgahlarından birinə də getmədiyini bildirib.

Yeri gəlmişkən, “Vaqner” PMC-nin tam avadanlıqlar və personalı ilə artıq Moskvaya yaxınlaşdığı barədə məlumatlar gəlməkdədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə