Priqojin Vladimir Saldonu “mütləq eşidəcək”..?

Saldo Priqojini dayanmağa çağırıb
Priqojin Vladimir Saldonu “mütləq eşidəcək”..?

...Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldo “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojini dayanmağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, Telegram kanalında yazıb.

Qeyd edək ki, ​​Saldo Priqojinə ünvanladığı müraciətində xüsusi əməliyyat zamanı onun və bölmələrinin qəhrəmanlıq hərəkətlərini xatırladıb. O, eyni zamanda fikir ayrılığının bu şəkildə ifadə edilməsinin qanuna zidd olduğunu vurğulayıb və Priqojini başqa cür təkliflər verməyə çağırıb.

“Yevgeni Priqojin üçün bu hərəkətləri özü dayandırmaq çox düzgün və yaxşı olardı, çünki Rusiya tarixində üsyanlar heç vaxt üsyançıları uğura aparmayıb - onlar yatırılıb”.

Saldo yazıb bunu.

Yeri gəlmişkən, “Vaqner” rəhbəri Yevgeni Priqojinə qarşı silahlı üsyan təşkil etmə faktı ilə bağlı artıq cinayət işi başlanıb.

Səbəb, “Vaqner” rəhbərinin Rusiya hərbçilərinə şirkətin arxa düşərgələrinə zərbə endirməkdə ittihamları, habelə PMC döyüşçülərinin yolunu kəsən hər kəsi, o cümlədən istənilən yoxlama məntəqələri də daxil olmaqla, güc tətbiq etmək və məhv etmək təhdidləridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə