"Vaqner” PMC-nin bölmələri Lipetsk vilayətinin Yelets şəhərinə çatıb. Şəhərin özündə polis bütün əsas giriş və çıxışları bağlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Verstka” hadisə şahidlərinə istinadən xəbər verir.
İddiaya görə, “Vaqner” karvanları Yeletsdən yerli və regional yollarla yan keçərək Don şosesi ilə hərəkət etməməyə çalışırlar. Lipetsk vilayətinin qubernatoru İqor Artamonov Vaqner” avadanlığının bölgədə hərəkət etdiyini təsdiqləyib.
Qeyd edək ki, rəsmilər vəziyyətin nəzarət altında olduğunu bildiriblər.
SİA-nın dünən yazdığı kimi, “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin nizami rus qoşunlarının onun bölmələrinin arxasına raket zərbələri endirməsini cavabsız qoymayacağını demişdi.
Onu da qeyd edək ki, Priqojin açıq şəkildə “Vaqner” PMC-nin “ədalət yürüşü”nə – Rusiya hərbi rəhbərliyini cəzalandırmaq üçün Moskvaya qarşı silahlı kampaniyaya başladığını bildirib.
Son məlumatlara görə, muzdlular Rostov-na-Donudakı hərbi obyektləri, o cümlədən Cənub Hərbi Dairəsinin və Voronejdəki qərargahları nəzarətə götürüblər.
Bu arada Rusiyanın Teleqram kanalları, hazırda Moskvanın müdafiəyə hazırlaşdığını, şəhər ətrafında hərbçilərin xəndəklər qazıb pulemyot “dok”ları qurmağa başladığları barədə yazırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB