Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb və o, üsyanla bağlı vəziyyətdə Rusiya hakimiyyətinin hərəkətlərini tam dəstəklədiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə iyunun 24-də Kremlin mətbuat xidməti məlumat yayıb.
...Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Söhbət zamanı Rusiya lideri silahlı üsyana cəhdlə bağlı Rusiyadakı vəziyyətdən danışıb.
“Rusiya prezidenti silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə məlumat verib. Türkiyə Cümhuriyyətinin Prezidenti Rusiya rəhbərliyinin atdığı addımları tam dəstəklədiyini bildirib”.
Qeyd olunur ki, iki lider arasında söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Xatırladaq ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Rusiyadakı vəziyyətlə bağlı Belarus prezidenti Aleksandr Lukaşenko, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB