Rusiyanın paytaxtı Moskva Yevgeni Priqojinin rəhbərlik etdiyi Vaqner muzdlularının qiyamının fonunda mühasirəyə hazırlaşır. SİA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
“Vaqner"çilər Rusiya Federasiyasının paytaxtına doğru hərəkət edərkən, Rusiya təhlükəsizlik qüvvələri və hərbçilər avtomobillərin hərəkətini dayandıraraq patrul xidməti göstərirlər. Hazırda Moskva polis və hərbi hissələrin qüvvələri tərəfindən praktiki olaraq təcrid olunub. Baş Kəşfiyyat İdarəsindən bildiriblər ki, hər kəsişmədə və şəhərdən çıxışlarda gücləndirilmiş patrul xidməti fəaliyyət göstərir.
Şəhərdə çoxlu sayda nömrəsi və tanınma nişanı olmayan, içərisində silahlı şəxslərin olduğu avtobuslar qeydə alınıb. Bundan başqa, rayonlararası sərnişin daşımalarının hərəkəti dayandırılıb, yük və poçt daşımaları həyata keçirilmir. Xüsusilə iri qapalı mikroavtobuslarda, motorlu nəqliyyat vasitələrində kütləvi axtarışlar aparılıb.
M4 Don federal magistral yolunda (Moskva - Voronej - Rostov-na-Donu - Krasnodar - Novorossiysk) mülki və xidməti avtomobillərin hərəkəti praktiki olaraq dayanıb. Bəzi məlumatlara görə, "Vaqner"çilər" Rusiya Federasiyasının paytaxtı istiqamətində hərəkət edirlər.
Magistral yolda hərbi və yük maşınları üçün bütün zolaqlar boşaldılıb. İndiyə qədər ehtiyatda və sərhəd rayonlarında qalan bütün hərbi texnika Moskvaya gətirilib. Priqojinin demarşı ilə əlaqədar Rusiya Federasiyasının bir sıra regionlarında antiterror əməliyyatı rejimi elan edilib. Bu rejim Rusiya təhlükəsizlik qüvvələrinə geniş hüquqlar və imkanlar verir. Onlar istənilən telefon danışıqlarına qulaq asmaq və yazışmaları yoxlamaq, icazəsiz həbslər və axtarışlar aparmaq, şəxsi və ofis binalarına zorla soxulmaq, vətəndaşların və təşkilatların avtomobillərindən istifadə etmək səlahiyyətindədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB