Bu, çevrilişə çox bənzəyir - ABŞ-dan müəmmalı açıqlama

Bu, çevrilişə çox bənzəyir - ABŞ-dan müəmmalı açıqlama

ABŞ bildirir ki, Vaqner-in sahibi Yevgeni Priqojinin üsyanı real və ciddidir. Bu barədə “Teleqraf” məlumat yayıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib ki, administrasiya vəziyyəti izləyir və Rusiyadakı hadisələrlə bağlı müttəfiqlər və tərəfdaşlarla məsləhətləşəcək. Bu, Putinin öz hökumətində insanları bir-birinə qarşı qoymaq kimi məşhur taktika kimi görünə bilər, deyə MKİ-nin Rusiyadakı əməliyyatlar üzrə keçmiş rəhbəri Stiv Holl bildirib.

Onun sözlərinə görə, bu, çevrilişə çox bənzəyir.

ABŞ konqresmeni Adam Kinzinger hesab edir ki, Putinin ümumilikdə ictimaiyyətin gözündən düşməsi bütün dünya üçün gözəl olardı. Amma bütün bu çevriliş baş tutmasa belə, Rusiya üçün qeyri-sabitlik də olacaq. “Nüvə silahı olan Rusiya üçün qeyri-sabitlik olacaq. Ola bilsin ki, Rusiya Federasiyası daha da çox hissələrə parçalanacaq. Bu, Rusiya üçün böyük zərbədir və onun Ukraynadakı müharibəsinə ciddi zərbədir”, - Kinzinger bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə