Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə zəng edərək Rusiyadakı vəziyyətlə bağlı məlumat verib. Qazaxıstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Tokayev cavab verib ki, bu, “Rusiyanın daxili işidir”.
Dialoq zamanı Tokayev qeyd edib ki, konstitusiya quruluşu və qanunun aliliyi ölkədə asayişin qorunması üçün əvəzsiz şərtdir. Bu, cəmiyyətin təhlükəsizliyinin və uğurlu inkişafının əsasıdır.
Qeyd olunur ki, Putin anlayışına görə Qazaxıstan prezidentinə təşəkkür edib. Putinin kömək istəyib-istəmədiyi açıqlanmır.
Xatırladaq ki, Priqojin iyunun 23-də Rusiya Müdafiə Nazirliyinin qoşunlarının onun muzdlularının düşərgəsinə raket hücumu təşkil etdiyini bildirmişdi. Onun sözlərinə görə, minlərlə silahlı ölüb. Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Rostovdan qaçdığını deyib.
Moskva və Rostov vilayətində "Qala" planı tətbiq olunub. İyunun 24-də səhər Vladimir Putin vətəndaşlara videomüraciət edib və Priqojini satqın adlandırıb.
ABŞ Priqojinin üsyanının real və ciddi olduğuna inanır. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib ki, administrasiya vəziyyəti izləyir və Rusiyadakı hadisələrlə bağlı müttəfiqlər və tərəfdaşlarla məsləhətləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB