Aİ Rusiya və Vaqner məsələsində bitərəfdir

Aİ Rusiya və Vaqner məsələsində bitərəfdir

Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Mişel "Twitter" hesabından verdiyi açıqlamada Aİ-nin Rusiyada inkişaf edən vəziyyəti diqqətlə izlədiyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Avropa liderləri və G7 tərəfdaşları ilə təmasda olduğunu bildirən Mişel, "Bu, açıq şəkildə Rusiyanın daxili məsələsidir" şəklində dəyərləndirmə edib.

"Bizim Ukraynaya və Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstəyimiz sarsılmazdır", - deyə Mişel əlavə edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə