Çeçenistan lideri Ramzan Kadırov Priqojinin silahlı üsyanını “arxadan vurulan bıçaq” adlandırıb və Vladimir Putinin hər sözünü dəstəklədiyini bildirib. SİA BBC-yə istinadən xəbər verir ki, Kadırov xalqa müraciət edərək onlara təxribatlara uymamağı tapşırıb: "Döyüşçülərə - vətənimizin vətənpərvərlərinə müraciət edirəm. Təxribatlara uymayın. Sizə nə məqsədlər qoyulursa qoyulsun, nə vədlər verilirsə verilsin, dövlətimizin təhlükəsizliyi və Rusiya cəmiyyətinin birliyi hazırda ən vacib şeydir”, - Kadırov "Teleqram"dakı müraciətində bildirib.
O əlavə edib ki, Müdafiə Nazirliyi və milli qvardiyanın çeçen döyüşçüləri artıq gərginlik zonalarına gediblər.
Müraciəti isə bu sözlərlə bitirib: "Üsyanı yatırmaq lazımdır və bu, sərt tədbirlər tələb edirsə, biz hazırıq!"
Xatırladaq ki, Kadırov 2007-ci ildən Rusiyanın cənubunda yerləşən Çeçenistanı idarə edir. O, Putinin sadiq tərəfdarıdır və bəzən Priqojinin müharibəyə qeyri-adi yanaşmasını dəstəkləyib. Bununla belə, o, son vaxtlar Priqojinin Rusiyanın yüksək rütbəli hərbi rəhbərlərini açıq şəkildə tənqid etməsindən uzaqlaşıb. Çeçenistan isə on il ərzində müstəqillik uğrunda uğursuz mübarizə aparıb.
Aysel Naibova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB