Rusiyadakı vəziyyətlə əlaqədar komitə toplanır

Rusiyadakı vəziyyətlə əlaqədar komitə toplanır

Rusiyadakı vəziyyəti müzakirə etmək üçün Böyük Britaniya hökumətinin fövqəladə hallar komitəsi Kobra toplanır. SİA BBC-yə istinadən xəbər verir ki, Birləşmiş Krallığın baş naziri Rişi Sunakın bu gün digər beynəlxalq müttəfiqlərlə danışacağı gözlənilir. Həmçinin Sunak Rusiyada baş verən vəziyyətə ilk reaksiyasını bildirib. BBC müxbirinə danışan nazir Böyük Britaniyanın bütün tərəfləri məsuliyyət daşımağa və mülki insanların həyatını qorumağa çağırdığını və Rusiyaya səyahətə çıxmamağı çoxdan tövsiyyə etdiyini söyləyib.

O, həmçinin bunun dəyişən bir vəziyyət olduğunu və Böyük Britaniyanın müttəfiqləri ilə əlaqə saxladığını söyləyib.

Aysel Naibova

Bütün xəbərlər Facebook səhifəmizdə