Rusiyada son iki gündə vəziyyət sürətlə dəyişir. SİA BBC-yə istinadən son bir neçə saat ərzində baş verənləri təqdim edir.
Rusiya Prezidenti Vladimir Putin televiziya ilə çıxış edərək Vaqner muzdlu qüvvələrinin çağırışını vətənə xəyanət və “arxadan bıçaq zərbəsi” adlandırıb. O, birliyə çağırış edib və səlahiyyətlilərin vəziyyəti cilovlamaq üçün tez hərəkətə keçdiyini bildirib. Üsyançı Vaqner muzdluları Rusiyanın əsas hərbi obyekti olan Rostov-on-Don şəhərini nəzarətə götürdüklərini deyirlər.
BBC mənbələri həmçinin bildirirlər ki, Vaqner qüvvələri hazırda ikinci şəhərdə - Rostov-na-Donu ilə Moskvanın ortasında yerləşən Voronejdə hərbi obyektləri ələ keçirib.
Priqojin isə yüksək səviyyəli hərbçilərin onunla görüşmədiyi təqdirdə paytaxta yürüş edəcəyini bildirib. Görünür, Priqojin Putinə audiomüraciətlə cavab verib və onun qoşunlarının vətənə xəyanət etmədiyini, əksinə, Vətənin gələcəyi uğrunda mübarizə aparan və korrupsiya, yalan və bürokratiyaya qarşı çıxan vətənpərvərlər olduğunu vurğulayıb.
Beynəlxalq ictimaiyyət isə cavab verməyə başlayır. Rusiya ilə həmsərhəd olan bəzi ölkələr təhlükəsizliyi gücləndirir, NATO isə vəziyyəti yaxından izlədiyini bildirir.
Aysel Naibova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB