"Rusiya Laçın dəhlizi ətrafında səylərini davam etdirəcək" - Zaxarova
Moskva Ermənistan və Azərbaycan ilə əlaqədə Laçın dəhlizi ətrafında yaranmış vəziyyətin nizamlanması üçün bütün səyləri davam etdirməyi planlaşdırır. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə günü verdiyi bəyanatda deyib.
“Rusiya tərəfi Bakı və İrəvanla əlaqədə Laçın dəhlizi ətrafındakı vəziyyətin həlli üçün intensiv səylər göstərməyə davam edəcək. Biz hər iki tərəfə Rusiya, Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmalara ciddi əməl olunmasının, təmkinliliyin və Laçın dəhlizi ərazisində təhlükəsizliyin təmin edilməsində öz məsuliyyətlərini dərk etməyin vacibliyi barədə mesajımızı bir daha bildiririk”, - deyə bəyanatda bildirilib
Zaxarova həmçinin bildirib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə müvafiq komissiya tərəfindən görülən işlərin vacibliyini qeyd edir və Moskva məsləhət verməyə hazırdır: "Biz müvafiq komissiya tərəfindən Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə davamlı işin vacibliyini qeyd edirik. Biz lazımi məsləhətçi yardımı göstərməyə hazırıq”.
Aysel Naibova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB