Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Baş Qərargah rəisinin müavini Vladimir Alekseyev Rostov-Don şəhərində “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinlə görüşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Priqojin müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov onlara təhvil verilməyənədək "Vaqner"in Rostovu blokadada saxlayacağını və Moskvaya doğru hərəkət edəcəklərini bildirib.
Görüş zamanı çəkilən video teleqram kanallarında paylaşılıb.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB