Peskov: Putin vəziyyətlə bağlı məlumatlandırılıb

Peskov: Putin vəziyyətlə bağlı məlumatlandırılıb

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” silahlı qrupunun təsisçisi Yevgeni Priqojin ətrafında cərəyan edən situasiyadan xəbərdardır və bütün lazımi tədbirlər görülür.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Qeyd edək ki, Yevgeni Priqojin “Vaqner”in düşərgələrinə arxa cəbhədən raket hücumunun həyata keçirildiyini bildirib. Hücum nəticəsində hərbi itkilər var.

Müdafiə Nazirliyi isə sosial şəbəkələrdə Rusiya Silahlı Qüvvələrinin “Vaqner”in arxa düşərgələrinə zərbə endirməsi ilə bağlı yayılan məlumatın yalan olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə