Rusiya Müdafiə Nazirliyini ittiham edən Priqojin, qisas alacaq..?

Rusiya Müdafiə Nazirliyini ittiham edən Priqojin, qisas alacaq..?

...Bu arad “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin cümə günü Rusiya Müdafiə Nazirliyini onun hərbiləşdirilmiş hissəsinin arxa düşərgələrinə raket zərbələri endirməkdə ittiham edib. İş adamının sözlərinə görə, onun PMC sıralarında çoxlu ölənlər var.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Priqojin yaşananların dəqiq harada baş verdiyini açıqlamayıb.

Qeyd edək ki, cümə axşamı Priqojinin səsiylə danışan audio yayımlanıb. Bu audioda “Vaqner” PMC-nin yaradıcısı ölkənin hərbi rəhbərliyinin daşıdığı şəri dayandırmağa çağırır. Priqojin “heç kimə müqavimət göstərməməyi” xahiş edir və “yolumuza mane olan bütün maneələri və istənilən təyyarəni məhv edəcəyini” vəd edir.

O, “ədalətin bərpasından” sonra “Vaqner” PMC-ni Ukrayna cəbhəsinə qaytaracağına söz verir.

Yeri gəlmişkən, Priqojin sərəncamında 25 min döyüşçünün olduğunu və nizami ordu hərbçiləri də daxil olmaqla bütün rusları onlara qoşulmağa çağırıb.

Bundan əlavə, Priqojin, cümə günü Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Rostov-na-Donuda olduğunu və ona izahat verməmək üçün oradan qaçdığını da bildirib.

Bu arada Rusiya Müdafiə Nazirliyi, Priqojinin adından sosial şəbəkələrdə Rusiya hərbçilərinin “Vaqner” PMC-nin arxa düşərgələrinə endirdiyi zərbə ilə bağlı yayılan bütün mesaj və videogörüntülərin həqiqətə uyğun olmadığını və informasiya təxribatı olduğunu bilirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə