Rusiyanı “adamı yeyən vəhşi heyvan”a bənzədən Duda,onu vurmağa çağırıb

Rusiyanı “adamı yeyən vəhşi heyvan”a bənzədən Duda,onu vurmağa çağırıb

Anjey Dudanın Rusiyanı “vurmaq” çağırışları fonunda Qərblə danışıqlar aparmağın mənası yoxdur. Bu açıqlama ilə Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev çıxış edib.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq yazı bu gün, iyunun 23-də özünün Telegram səhifəsində yer alıb.

Beləliklə, Dmitri Medvedev deyib ki, Qərb ölkələrinin nümayəndələri “Polşa pisliyi” Anjey Duda kimi bəyanatlara yol versələr də, onlarla danışıqlar mümkün deyil.

Rusiyanı “adamı yeyən vəhşi heyvan”la müqayisə edən və onu “vurmağa” çağıran Polşa prezidentinin açıqlamalarına münasibət bildirən rusiyalı siyasətçi vurğulayıb ki, Duda kimi “biri(?)” hətta himayədar üçün də yazıqdır. .

Xatırladaq ki, bu gün əvvəl Polşa rəhbəri Anjey Duda Ukrayna mediasına müsahibəsində Rusiyanı “vurulmalı” “vəhşi heyvan”la müqayisə etmişdi.

Bununla yanaşı, Duda Qərbi Rusiyanın Ukrayna münaqişəsində qalib gəlməsinə imkan verməməyə çağıraraq, Moskvanın qalib gələcəyi təqdirdə dayanmayacağını və digər ölkələrə hücumlarını davam etdirəcəyini bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə